AZ

Şaraadan məmurlarla bağlı sərt qərarlar: Qardaşını belə bağışlamadı

BAKI, 1 noyabr. TELEQRAF

Suriya Prezidenti Əhməd Şara hakimiyyətini möhkəmləndirərkən korrupsiyaya qarşı mübarizədə öz yaxın çevrəsini hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Toplantıda yüzdən çox yüksək vəzifəli şəxs və iş adamına müraciət edən Şaraa deyib: “İnqilabın övladları olduğunuzu unutdunuz? Necə bu qədər tez yoldan çıxdınız? Dövlət maaşlarının bu qədər yüksək olduğunu bilmirdim”.

Toplantıya qatılanların sözlərinə görə, bu təpki Suriya prezidentinin toplantının keçirildiyi binanın qarşısında çoxsaylı lüks avtomobil görməsindən sonra gəlib.

Avqustun 30-da İdlibdə keçirilən toplantıda Əhməd Şaraa dövlət məmurlarını lüks avtomobillərini təhvil verməyə və ya korrupsiya istintaqı ilə üzləşməyə çağırmışdı. Toplantıdan sonra bəzi iştirakçıların avtomobillərinin açarlarını təhvil verdiyi bildirilir.

Ekspertlərin fikrincə, Şaranın ən böyük sınaqlarından biri Bəşər Əsəd dövründən qalan köklü korrupsiya sistemini dəyişməkdir.

Şaraanın “ailədaxili təmizləmə” addımı da diqqət çəkib. Onun iki qardaşı dövlətin yüksək vəzifələrində çalışsa da, üçüncü qardaşı, iş adamı Camal Şaraanın işinə korrupsiya iddiaları səbəbilə son qoyulub.

Mənbələrin dediklərinə görə, Camal Şaraa Dəməşqdə açdığı ofis vasitəsilə idxal-ixracat və turizm sahəsində fəaliyyət göstərib, keçirdiyi görüşlərdə isə “prezidentin qardaşı” titulundan istifadə edib. Avqustda onun ofisi bağlanaraq möhürlənib. Artıq Camal Şaranın heç bir rəsmi vəzifəsi yoxdur və ona ticarətlə məşğul olmağa icazə verilmir.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr