AZ

Qızı şikayət etdi, Sabirabadda direktor işdən çıxarıldı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. 

Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Onun 100 min manata yaxın yeyinti etdiyi iddia olunur.

A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib. 

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
6
unikal.az

10Mənbələr