AZ

“Kəpəz”in futbolçusu: “Neftçi” ilə matçda sonadək döyüşəcəyik”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

- "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin Sport24.az-a müsahibəsi- İlk olaraq Gəncə təmsilçisinə qayıdışınla bağlı fikirlərini almaq istərdim. Keçid necə baş tutdu?- ⁠Yenidən hu komandada çıxış etmək mənim üçün xoşdur. Ötən mövsümdə də "Kəpəz"in formasını geyinmişəm. Hər iki tərəf istədi və mən geri qayıtdım.- Komandanın cari mövsümdəki çıxışını necə dəyərləndirirsən, səncə, uğursuz çıxışın əsas səbəbi nədir?- ⁠Səbəbini mən də bilmirəm. Düşünürəm ki, yaxşı komandamız var. Yaxşı oyunçulara da malikik. Kollektivdə əhval-ruhiyyə də qaydasındadır.- Azərbaycan Kubokunda böyükhesablı qələbə qazandınız. II Liqada çıxış edən "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə məğlub etmək sizə motivasiya verir?- ⁠Hər qalibiyyət komandaya təsir edir və motivasiya verir. Ümid edirəm ki, qarşıdakı matçlarda da qələbələrə nail olacağıq. - Bu gün Misli Premyer Liqasında "Neftçi"nin qonağı olacaqsınız. Oyun haqqında nə deyə bilərsən?- ⁠Çətin qarşılaşma olacaq. Rəqibdə təhlükəli və keyfiyyətli futbolçular çoxdur. Biz əlimizdən gələni edəcəyik. Sonadək döyüşəcəyik, maksimum nəticə qazanmağa çalışacağıq.- Necə düşünürsən, "Kəpəz" liqada qalması üçün nə etməlidir?- ⁠Komanda olaraq üzərimizdə çox çalışmalıyıq. Hər matçda son saniyəyədək mübarizə aparmalıyıq. Təslim olmaq lazım deyil. Bütün bunları bacarsaq, yaxşı nəticələr əldə edəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
sport24.az

3Mənbələr