AZ

Mask uçan avtomobil layihəsini açıqladı İlin sonuna qədər...

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Tesla"-nın baş direktoru İlon Mask  şirkətin ilk uçan avtomobil prototipini açıqlayıb.

Uçan avtomobil layihəsinin "Tesla Roadster" modelinin ikinci nəsli üzərində hazırlandığını qeyd edən Mask avtomobilin əvvəlcə 2020-ci ildə satışa çıxmasının planlaşdırıldığını, lakin müxtəlif səbəblərlə təxirə salındığını xatırladıb. 

Milyarder iş adamı bildirib: “Bir şeyi zəmanətlə deyə bilərəm, bu məhsul nümayişi unudulmaz olacaq. Bəli, unudulmaz. Dostum Peter Til  bir dəfə demişdi ki, gələcəkdə insanlar uçan avtomobillərə sahib olmalıdır. Düşünürəm ki, artıq vaxtı yetişib".

Mask "Tesla"nın ilk uçan avtomobil prototipinin ilin sonuna qədər təqdim ediləcəyini söyləyib və bu layihənin unudulmaz olacağını iddia edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
azpolitika.info

1Mənbələr