AZ

Məhkəmə qərar verdi: Oğlu İbrahim Tatlısəsə yaxınlaşa bilıməyəcək

BAKI, 1 noyabr. TELEQRAF

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasında məhkəmə başa çatıb.

Teleqraf xəbər verir ki, İzmir 2-ci Ailə Məhkəməsi İbrahim Tatlısəsin tələbi əsasında Əhməd Tatlısəs barəsində uzaqlaşdırma qərarı çıxarıb.

Məhkəmə oğul Tatlısəsə elektron qolbaq taxılmasına qərar verib.

Qərara əsasən, Əhməd Tatlısəs atasına 3 kilometrdən çox yaxınlaşa bilməyəcək. Qərarı pozub atasına yaxınlaşarsa, təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.

Qeyd edək ki, ata-oğul arasında münaqişə miras üstündədir.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr