AZ

Aaron Remzi klubundan ayrıldı

style='margin-bottom:10px;'>

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Aaron Remzi Meksika "Pumas"ından ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi klubu ilə müqaviləsini ləğv edib və dərhal komandadan ayrılıb. O, artıq azad agent statusuna sahibdir.

Xatırladaq ki, Aaron Remzi bu ilin aprelində "Kardiff Siti"dən azad agent kimi ayrılaraq "Pumas"a keçmişdi.

O vaxtdan bəri uelsli futbolçu komanda ilə 6 matçda iştirak edib, cəmi 235 dəqiqə meydanda olub və 1 qol vurub.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr