AZ

Yeni Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələrinə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-35S qırıcı təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” UAC-yə istinadən xəbər verir ki, çoxməqsədli Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələri üçün nəzərdə tutulub.

Bildirilib ki, təyyarələr zavod şəraitində yer və uçuş sınaqlarından uğurla keçdikdən sonra xidməti yerlərinə uçublar.

“UAC Rusiya Müdafiə Nazirliyi üçün yüksək təyyarə istehsalı tempini qoruyub saxlayır. Biz hərbi istehsal həcmini artırmaq kimi vacib vəzifəni yerinə yetiririk. Bu il əməliyyat-taktiki və hərbi nəqliyyat təyyarələrinin daha çox partiyasını təhvil verməyi planlaşdırırıq”, – deyə UAC-nin baş direktoru Vadim Badexa qeyd edib.

Seçilən
28
poliqon.az

1Mənbələr