AZ

Azərbaycanda bu şəxslərin hazır qida ilə təminatına 10,3 milyon manat sərf olunacaq

Bakı. Trend:

Azərbaycanda sosial xidmət müəssisələrinin sakinlərinin qidatəminatının yaxşılaşdırılması istiqamətində növbəti addımatılır.

Trend-inməlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sözügedənmüəssisələrin sakinlərinin hazır yeməklərlə təmin edilməsi üçünyeni müqavilə imzalayacaq.

Layihə çərçivəsində Bakı, Gəncə, Şəki, Lənkəran, Göygöl, Şamaxı,Abşeron və Qobustan rayonlarında yerləşən müxtəlif psixonevrolojimüəssisələr, uşaq evləri, ailə tipli kiçik qrup evləri, ahıllarevi, sosial adaptasiya və reabilitasiya mərkəzləri bu proqramdanyararlanacaq.

Ümumilikdə minlərlə sakin bu layihə çərçivəsində dövləttərəfindən təşkil olunan hazır qida təminatı ilə əhatəolunacaq.

Dövlət xidməti sözügedən qrupa aid şəxslərin qida təminatına10,3 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Bu addım sosial rifahın gücləndirilməsi, həssas əhaliqruplarının sosial müdafiəsinin təmin olunması və onların həyatşəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin davamlıqayğısının növbəti təzahürüdür.

Seçilən
27
4
az.trend.az

6Mənbələr