“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in 23 yaşlı ingilis qapıçısı Ceyms Trafford haqda qənaətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Ancaq onu deyə bilərəm ki, Traffordun bizimlə olmağına şadıq. İnanılmaz bir qapıçımız var. O, gec-tez İngiltərə yığmasının ən yaxşı oyunusu olacaq”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, Ceyms Trafford məhz “Mançester Siti”nin yetirməsidir. O, vaxtilə bu klubun sıralarında olarkən “Bolton”, “Akkrinqton” kimi klublara icarəyə verilib və “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb. Trafford 2023-cü ilin yayında “Mançester Siti”dən 17,3 milyon avro müqabilində “Börnli”yə keçsə də, 2025-ci ilin iyulunda “şəhərlilər” 31,2 milyon avro ödəməklə onu yenidən heyətə qaytarıblar.
Trafford “Mançester Siti”nin əsas komandasının heyətində 5 oyuna çıxıb, 5 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.
İngilis qolkiper ölkəsinin U-16, U-17, U-18, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

