AZ

Tramp bu dövləti xüsusi narahatlıq doğuran ölkə elan etdi

ABŞ Prezidenti Donald Tramp Nigeriyada baş verən hadisələrlə bağlı açıqlama verdi.

Ölkə.Az xəbər verir ki, O, Nigeriyadakı xristianların ciddi təhlükə altında olduğunu bildirdi və ölkəni "xüsusi narahatlıq doğuran ölkə" elan edib.

Sosial mediada verdiyi açıqlamada Tramp Nigeriyada minlərlə xristianın radikal islamçı qruplar tərəfindən öldürüldüyünü iddia edib.

Bu vəziyyətin yalnız Nigeriya ilə məhdudlaşmadığını vurğulayan Tramp deyib:

“Nigeriyada xristianlar və ya hər hansı digər qrup qətlə yetirildikdə, bir şey edilməlidir. Amerika Birləşmiş Ştatları bu cür vəhşiliklərin baş verməsinə səssiz qala bilməz. Biz dünyanın hər yerindəki böyük xristian əhalimizi qorumağa hazırıq, istəkli və qadirik”.

Billurə Yunus

Seçilən
38
1
olke.az

2Mənbələr