AZ

Estetika və kimlik: Qlobal pop mədəniyyəti yerli dəyərlərimizə nə qədər təsir edir?

Dünya heç vaxt bu qədər "kiçik" olmamışdı. Bir neçə on il əvvəl yalnız televiziya və radio vasitəsilə tanıdığımız mədəniyyətlər, indi bir "klik" məsafəsindədir. YouTube, TikTok, Spotify və Instagram kimi platformalar milli sərhədləri aradan qaldıraraq mədəniyyətləri bir-birinə qarışdırdı. Bu qarışıqlıq bəzən rəngarənglik, bəzən isə identiklik böhranı yaratdı. Artıq Bakı küçəsində gəzərkən K-pop üslubunda geyinmiş bir gənci, Seulda isə Qərb rep mədəniyyətinin təsiri ilə hərəkət edən bir gənci görmək mümkündür.
XXI əsrin ən böyük mədəniyyət ixracatçılarından biri Cənubi Koreyadır. "BTS", "Blackpink", "EXO", "Stray Kids" kimi qruplar yalnız musiqi deyil, bütöv bir estetik və davranış modeli ixrac ediblər. Onların tərzi, rəqsləri, geyimləri, hətta jest və mimikaları belə dünya gəncləri üçün "trend kodları"na çevrilib.
K-pop sadəcə musiqi deyil - o, dəqiqliklə qurulmuş mədəniyyət strategiyasıdır. Bu strategiya Koreyanın "Hallyu Wave" (Koreya dalğası) adlanan dövlət səviyyəsində dəstəklənən proqramı ilə formalaşıb. Məqsəd sadədir: mədəniyyət vasitəsilə yumşaq güc (soft power) yaratmaq, yəni dünyada Koreya imicini pozitivləşdirmək.
Və bu, uğurlu alındı. Hazırda Koreya kosmetikası, serialları, modası və musiqisi bir çox ölkələrdə "cool" anlayışı ilə eyniləşdirilir.
Azərbaycan gəncliyi də bu dalğadan kənarda qalmayıb. "K-drama"lara baxan, Koreya yeməklərini sınayan, hətta Koreya dilini öyrənən gənclərin sayı durmadan artır. K-pop-un geyim üslubu oversize köynəklər, rəngli saçlar, üzdə parlaq kosmetika artıq Bakı gənclərinin bir hissəsinin "özünüifadə forması"na çevrilib. Bəziləri üçün bu, fərqli olmaq arzusudur; bəziləri üçün isə "qəbul edilmək" və "müasir görünmək" vasitəsidir.
Qlobal pop-mədəniyyətin əsas mərkəzi isə hələ də Qərbdir, xüsusilə ABŞ. "Hollywood", "Vogue", "MTV", "Netflix" və "Instagram influencer"ləri vasitəsilə Qərb estetikası dünyanın ən ucqar bölgələrinə qədər yayılıb.
Bu təsirin ən bariz nümunəsi moda və bədən estetikasıdır.
"İdeal bədən" anlayışı, "cool" geyim tərzi, "özünü sevmək" fəlsəfəsi hamısı qlobal brendlərin və ulduzların təbliğ etdiyi vizual dünyadan gəlir.
Lakin bu proses həm də yerli kimliyə zərbə vurur. Məsələn, Azərbaycan və ya digər Şərq ölkələrinin gəncləri bəzən Qərb mədəniyyətinə uyğunlaşmaq üçün öz milli estetikalarını ikinci plana atırlar. Milli naxışlı geyimlər, klassik musiqilər, xalq rəqsləri "köhnə" və "ənənəvi" kimi görünür, halbuki bunlar mədəni dəyərlərin əsasını təşkil edir.
Qərb mədəniyyəti fərdiyyətçiliyi önə çıxarır: "Sən unikalsan", "öz yolunu tap" - bu fikirlər pozitiv səslənsə də, kollektiv cəmiyyətlərdə kimlik parçalanması yaradır. Yəni, insanlar "mən kiməm?" sualına cavab tapmaqda çətinlik çəkirlər. Mövzu ilə bağlı sənətşünas Sədaqət Zaurqızı suallarımızı cavablandırıb.

-Yerli cəmiyyət hansı qlobal pop-mədəniyyət elementlərini(məsələn, K-Pop modası və ya Qərb musiqi janrları) qəbuledir, hansıları isə rədd edir? Bu filtrasiya mexanizmi necəişləyir?

Son onilliklərdə qlobal pop-mədəniyyətin sərhədləri deməkolar ki, itib. İnternet, sosial şəbəkələr və kütləvi informasiyavasitələri sayəsində dünyanın bir tərəfində yaranan musiqi, moda və ya vizual estetika bir neçə gün ərzində dünyanınistənilən nöqtəsinə çatır. Bu proses, təbii ki, həm yeni mədəniüfüqlər açır, həm də milli kimlik məsələsini daha mürəkkəbmüstəviyə gətirir. Lakin ilk olaraq gəlin "Pop-mədəniyyət" anlayışının nə olduğuna aydınlıq gətirək. Bu anlayış özü ötənəsrin ortalarında meydana çıxıb. Amma "populyarmədəniyyət" ifadəsi və kütləvi incəsənət anlayışı ondan xeyliəvvəl yaranmışdı. 1960-cı illərdə kütləvi mədəniyyətininkişafında yeni bir mərhələ başladı. Beləliklə pop-mədəniyyət bu gün tanıdığımız şəklini aldı. Bu sahədə həqiqiinqilabı The Beatles qrupu etdi - onların musiqi pop-mədəniyyətinə təsiri   böyük idi. Britaniyalılar üçün The Beatles-in musiqisi ümumiyyətlə onların mədəni kimliyininbir hissəsinə çevrilib və kütləvi mədəniyyətin ikonalarınısimvolizə edir. Təxminən həmin dövrlərdə Amerikanınkütləvi mədəniyyət tarixində Barbi kuklası meydana çıxdı .Barbi qızların beynini uzun illər məşğul edən və ətrafındaözünəməxsus pop-mədəniyyət kainatı yaradan bir pop-idola çevrildi. Müxtəlif peşələrə sahib Barbiyə, bir qədər sonra isəfərqli bədən quruluşuna və dərisinin rənginə malik Barbilərinistehsalı  müxtəlfliyə malik qızlarin özlərini bu pop-mədəniyyət ikonası ilə eyniləşdirə bilməsinə şərait yaratdı.2023-cü ildə Barbi kukla aləmindən çıxaraq kinodakı real obraz kimi canlandı və böyük bir reklam kampaniyası iləmüşayiət olundu. Bu kampaniya, yəqin ki, gələcəkdə pop-mədəniyyətdə PR strategiyalarının klassik nümunəsi kimidərsliklərə düşəcək.
Başqa bir misal - Endi Uorholun çəkdiyi məşhur "Koka-Kola" butulkalarıdır. Hamıya tanış bir butulka çəkilməyədəyərmi? Uorhol öz ideyasını belə izah etmişdi: "Siztelevizora baxıb Koka-Kolanı görə bilərsiniz və bilirsiniz ki, prezident də Koka-Kola içir. Liz Teylor Koka-Kola içir, siz dəiçə bilərsiniz. Koka-Kola, Koka-Koladır və nə qədər pulunuzolsa da, küçədəki evsizin içdiyi Koka-Koladan daha yaxşısınıiçə bilməzsiniz. Hər Koka-Kola eynidir və hər biri yaxşıdır."
Pop-idollar sanki bir-birini əvəz edən və çoxaldıla bilənfiqurlardır, amma əslində bu, sənətşünasların, kulturoloqlarınvə sosioloqların diqqətlə izlədiyi maraqlı bir çevrilməzənciridir. Beləcə, hər bir kütləvi mədəniyyət məhsulu bir növhəyatımıza səssiz lakin təsirli şəkildə daxil olmuş olur. Bu mənada kütləvi mədəniyyət cəmiyyət proseslərinə ən iti və ənsürətli reaksiya verən sahədir. Ona görə də ona sadə obrazlarvə melodiyalar kimi deyil, zamanın mədəni kontekstini əksetdirən sosial həyat güzgüsü kimi yanaşmaq daha maraqlıdır.
Pop-mədəniyyət fenomenləri - cəmiyyət hadisələrinə vəəhval-ruhiyyəsinə verilən mədəni reaksiyadır. Pop-mədəniyyətin qəhrəmanları təkcə bədii obrazlar deyil, bəzənreal insanlar da ola bilər. Məsələn, Merilin Monro - ötənəsrin ortalarının pop-mədəniyyət ikonasına çevrilmişdi. Onunobrazı və adı bir çox brendlərin bir hissəsinə çevrildi, məşhur"uçan paltar" isə 4,6 milyon dollara hərracda satıldı. Eyni halEndi Uorholun "Shot Sage Blue Marilyn" əsəri ilə də başverdi - bu tablo XX əsrdə açıq satışda ən bahalı satılanrəsmdir.

-Qlobal trendlərin (məsələn, K-Pop rəqsləri) yerli musiqi, geyim və ya sənət formaları ilə qarışaraq necə yeni, hibridestetik formalar yaradır? Bir konkret nümunəverərdinizmi?

Biz pop-idollar ətrafında birləşirik, onların prinsiplərinə əməledirik, atributlarını (merch) alırıq və bəzən onları özkimliyimizin bir hissəsi kimi qəbul edirik. Bu baxımdan XXI əsrdə ən uğurlu fenomen, şübhəsiz ki, K-popdur. Koreya pop-musiqisi dünyanı fəth edib və "idol" (yəni "aydol") sözünüfanatların leksikonuna daxil edib - onlar üçün sənətçiəlçatmaz bir idealın təcəssümüdür. Pop-idollar bir tərəfdənbizi arzuladığımız ideal dünyaya yaxınlaşdırır, digər tərəfdənisə real dünyanın problemləri barədə düşündürür. Amma bumədəniyyətin arxasında real problemlər də dayanır: qeyri-realist gözəllik standartları və qruplardakı sərt iyerarxiya"aydol"lara göstərilən psixoloji təzyiqin nəticəsidir. Bu problem yalnız son onilliklərdə üzə çıxıb, bəzi sənətçilər isəartıq belə amansız müqavilələrdən imtina etməyə başlayıblar.
Qeyd etməliyəm ki, qlobal mədəniyyət hər zaman eynidərəcədə və eyni formada qəbul edilmir. Müxtəlif cəmiyyətləronu öz dəyərlərinə və estetik zövqlərinə uyğunlaşdıraraqmənimsəyirlər. Məsələn, Koreya pop mədəniyyəti - K-Pop - Azərbaycan gəncləri arasında  sevilir. Onlar bumədəniyyətdə enerjini, mükəmməl səhnə estetikasını və rəngligeyim tərzini cəlbedici hesab edirlər. K-pop tərzi geyimlərintəsir xüsusən oversize stilə maraqın artmasında müşahidəedilir. Lakin eyni zamanda, bu mədəniyyətin bəzi elementləri- məsələn, cinsiyyət neytrallığı və ya həddindən artıqteatrallıq - yerli baxışla uyğun gəlmir.
Bu baxımdan, cəmiyyət bir növ mədəni filtr rolunu oynayır vəqəbul edilənlər yerli mühitə uyğunlaşdırılır, digərləri isətədricən sıradan çıxır.
Azərbaycanda müasir incəsənətində pop-mədəniyyətin estetiktəsiri birbaşa "K-Pop musiqisi" və ya "Qərb pop ulduzungeyimi" kimi geniş yayılmış formalar üzrə deyil, daha çoxvizual dil, texnologiya istifadəsi, rəqəmsal transformasiya, vəyerli ənənənin qloballaşmış estetika ilə sintezi səviyyəsindəmüşahidə olunur. Məsələn musiqidə gənc ifaçı  Hiss-in bəzimahnılarında trap ritmləri ilə milli melodiya fraqmentləri eynikompozisiyada səslənir. Bu, artıq nə tam Qərbdir, nə də sırfŞərq - bu, yeni  estetik duyumunun ifadəsidir. Lakin ümumiləşdirsək K-pop mədəniyyətinin təsirini Azərbaycanincəsənət arenasında geniş müşahidə olunmadığını xüsusivurğulamalıyam.  
 
-Pop-mədəniyyət məhsulları (seriallar, musiqilər) gənclərinjarqonuna və danışıq tərzinə necə təsir edir? Bu təsir dilin"saflığı" və ya inkişafı baxımından nə dərəcədə narahatlıqdoğurur?

Hesab edirəm ki, Pop və qərb mədəniyyətinin təsiri dilsəviyyəsində də hiss olunur dərəcədədir. Gənclər "vibe tutmaq", "like eləmək", "biasım odur" kimi ifadələri gündəlikdilə gətiriblər. Bu, dilin "korlanması" kimi görünə bilər, amma bir tərəfdən də dilin təbii adaptasiyasıdır - yeni emosional tonlar yaranır, ifadə imkanları genişlənir. Əsasməsələ odur ki, bu dəyişikliklər dilin öz ruhunu itirməsinəsəbəb olmasın.
 
-Qlobal pop-mədəniyyət (məsələn, brend kultu və ya K-Pop idolizasiyası) gənclərin şəxsiyyətini necə formalaşdırır vəbu, yerli dəyərlərlə necə ziddiyyət təşkil edir?

Mənim fikrimcə, pop-mədəniyyətin bu qədər sürətləyayılmasının əsas səbəbi onun asan mənimsənilməsidir.Ənənəvi mədəniyyət dərin kontekstə, simvollara və tarixitəcrübəyə əsaslanır; onu başa düşmək üçün müəyyən bilik vəduyum lazımdır. Pop-mədəniyyət isə daha sadə, emosional vəbirbaşa şəkildə təsir edir. O, ritm, vizual parıltı və emosiyaüzərində qurulduğundan, istənilən mədəni mühitdə tez qəbulolunur. Bu da onu qlobal auditoriyaya çıxaran əsasmexanizmdir. Buna görə də gənclər üçün K-Pop musiqisi, Qərb modası və ya "influencer" estetikasını mənimsəmək, klassik musiqi və ya milli sənət formalarını öyrənməkdən qat-qat asandır. Amma bu asanlıq eyni zamanda səthilik riski dəyaradır: formaya vurğunluq bəzən məzmunun unudulmasınagətirib çıxarır.
Pop-mədəniyyət gənclərin özünüqavrayışını da formalaşdırır. Shinee BTS, Blackpink, TWICE, Red Velvet, EXO və Stray Kids, həmçinin NewJeans, IVE və aespa kimi qız qruplarınınüzvləri gənclərin geyim tərzinə, hətta həyat ritminə bir ba.atəsirini göstərə bilir. Belə ki, K-Pop və Qərb brendlərigənclərə yeni bir qəhrəman tipi təqdim edir - mükəmməlgörünüşlü, emosional, fərdi və azad. Bu model bəzən yerlidəyərlərlə - ailə, təvazökarlıq, sosial bağlılıq kimianlayışlarla - ziddiyyət təşkil edir. Amma eyni zamanda, butəsir gənclərdə özünüifadə azadlığını da gücləndirir. Qlobalpop-mədəniyyət bu gün dünyanın estetik dilini birləşdirəngücdür. Onun uğuru, bəlkə də, sadəliyində və hər kəsə eynidərəcədə açıq olmasındadır. Amma bu "asan mənimsənilən" formalar içərisində milli xüsusiyyətlərin itməməsi üçün şüurluyanaşma vacibdir. Əgər biz bu axını yalnız təqlid kimi deyil, yaradıcı dialoq kimi görsək, qlobal mədəniyyət bizi silməz - əksinə, özümüzü daha aydın ifadə etməyə kömək edər.
 
Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
olaylar.az

1Mənbələr