AZ

Xovatiya Ordusu üçün “Leopard 2A8” tankları və “Caesar MK2” ÖAQ-ları alınacaq

Xorvatiya Parlamentinin Müdafiə Komitəsi Müdafiə Nazirliyinin ümumi dəyəri 1.945 milyard avro olan dörd böyük satınalma layihəsini dəstəkləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Xorvatiyanın müdafiə naziri İvan Anuşiç özünün “X” hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, bu layihələr Xorvatiya Ordusunun intensiv şəkildə modernləşdirilməsini təmin edəcək.

Bu layihələrə əsasən, 44 ədəd “Leopard 2A8” tankı, 18 ədəd “Caesar MK2” özüyeriyən artilleriya qurğusu (ÖAQ), 420 ədəd TATRA T-815-7 ağır hərbi yük maşını və Xorvatiyanın “Končar” şirkətinin hazırladığı antidron sistemləri alınacaq.

Sözügedən böyük hərbi layihələr üzrə müqavilələr ilin sonuna qədər imzalanacaq. Onların maliyyələşdirilməsi Avropa İttifaqının SAFE aləti vasitəsilə həyata keçiriləcək, yalnız antidron müdafiə sistemi Xorvatiya Müdafiə Nazirliyinin büdcəsi hesabına ödəniləcək.

Layihələrdə “Končar” və “Đuro Đaković” kimi yerli şirkətlər iştirak edir. Həmçinin digər Xorvatiya istehsalçılarının da prosesə qoşulma imkanı olacaq ki, bu da ölkənin müdafiə sənayesinin inkişafını və güclənməsini daha da sürətləndirəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

G4hCgdcWkAADMOK

G4hCgdeX0AApwJe

Seçilən
41
1
poliqon.az

2Mənbələr