AZ

Bizim üçün əsas maneəsiz keçiddir - DEPUTAT

Zəngəzur dəhlizini necə adlandırmaq önəmli deyil

“Azərbaycanın Qərb rayonlarından Naxçıvana açılan dəhliz beynəlxalq yükdaşımalarda böyük rol oynayacaq”

"Azərbaycanda əksər hallarda "Zəngəzur dəhlizi", bəzən də "TRİPP", yaxud "Tramp yolu" deyirik, Ermənistan isə birmənalı "Tramp marşrutu" deyir. Əslində burada konkret narazılıq yaradacaq məqam yoxdur". 

Bu barədə millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev "Sherg.az"a açıqlamasında deyib. Deputat bildirib ki, vacib olan mahiyyətdir və mahiyyət də odur ki, Azərbaycanın Qərb rayonlarından Naxçıvana bir dəhliz açılır: 

"Azərbaycan vətəndaşları da Naxçıvana maneəsiz gediş-gəliş əldə edirlər. Bizim üçün vacib olan budur. Zəngəzur dəhlizi ona görə deyirik ki, dəhlizin keçəcəyi Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Tarixi yaddaşımıza da bu cür hopub. Əlavə olaraq beynəxalq ictimaiyyət də dəhlizi "Zəngəzur dəhlizi" olaraq təqdim edir. Bu da Azərbaycanın uğurudur. Amma indiki Ermənistana bununla bağlı ərazi iddiamız yoxdur. O baxımdan dəhlizi "Zəngəzur dəhlizi" adlandırmağımıza görə kimsə bizə qadağa qoya bilməz".

Parlament üzvü əlavə edib ki, eyniylə erməni tərəfini də məcbur edə bilmərik ki, "siz də Zəngəzur dəhlizi deyin: 

"Hər tərəf özünə xoş olan adla dəhlizi adlandıracaq. Önəmli olan dəhlizin tezliklə fəaliyyətə başlamasıdır. Naxçıvan maneəsiz gediş-gəlişlə yanaşı, bu dəhliz beynəlxalq yükdaşımalarda mühüm rol oynayacaq. Böyük sərmayələr cəlb ediləcək. Zəngəzur dəhlizi Orta Dəhlizin böyük bir seqmentidir. Bu da Azərbaycanın inkişafına töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında önəmli rola malikdir".
Seçilən
24
1
sherg.az

2Mənbələr