AZ

Azərbaycan və Sudan birgə ortaq layihələr üzərində işləyir - EKSKLÜZİV

Bakı, 1 noyabr, Elmir Səftərov, AZƏRTAC

Hazırda Sudanda iqtisadiyyat, energetika, mədənçilik, yollar, neft və qaz kimi müxtəlif sahələri təmsil edən nazirliklərarası komitə yaradılıb. Bu komitə Azərbaycan tərəfi ilə birgə ortaq layihələrin müəyyənləşdirilməsi və prioritet istiqamətlərin planlaşdırılması üzərində işləyir.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa söyləyib.

O, həmçinin bildirilib ki, Sudan tərəfi yaxın vaxtlarda Azərbaycanın təhsil naziri ilə görüş keçirməyi planlaşdırır: "Məqsəd təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda təhsil alan sudanlı tələbələrin sayını artırmaq və yeni birgə proqramlar yaratmaqdır".

Seçilən
43
1
azertag.az

2Mənbələr