AZ

130 ton yük götürən avtomobili qadınlar sürəcək FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada qadınların avtomobil sürməsi üçün maraqlı layihə həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, Saxalində yerləşən Şərq dağ-mədən şirkəti ağırtonajlı karxana avtomobillərini idarə etmək üçün qadınları cəlb edib. İndi zərif cinsin nümayəndələri 130 ton yük götürən Belaz-75131 avtomobilini idarə edəcəklər.

Bunun üçün avtomobil xüsusi boya ilə qızılgül rənginə boyanıb, qadınlara təlim keçirilib. Qadınlar gələn aydan müntəzəm işə başlayacaqlar. 

Bir neçə kəlmə də  Belaz-75131 barədə. Belarusiyda istehsal olunan avtomobilin kütləsi 107 ton, yükgötürmə qabiliyyəti 130 tondur. Həcmi 50 litr olan mühərrik 1623 at gücü hasil edir və 1000 kilovatlıq generatorla dəstləşdirilib.

Avtomobilin yanacaq çəninin tutumu 2 ton, mühərrikin yağ tutumu 200 litrdir. Bu texnikanın iş prinsipi bizim hər gün bakı küçələrində gördüyümüz hibridlərdən çox da fərqlənmir.

Maşın ümumi təyinatlı yollarda istismar edilmək üçün nəzərdə tutulmayıb.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
avtosfer.az

1Mənbələr