AZ

Ukrayna ordusu Kurskda

BAKI, 1 noyabr. TELEQRAF

Ukrayna hərbi qüvvələri Rusiyanın Kursk vilayətində bəzi mövqelərə nəzarəti davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Kursk qüvvələrinin sözçüsü Oleksandr Nevidomi məlumat verib.

O qeyd edib ki, Kursk qüvvələr qrupunun məsuliyyət daşıdığı ərazidə vəziyyət sabitdir və nəzarət altındadır:

“Həmçinin, düşmənin hücum hərəkətlərinin sayı azalsa da, istiqamət kifayət qədər aktiv olaraq qalır. Bununla belə, düşmən bufer zona yaratmaq kimi bəyan edilmiş məqsədindən əl çəkmir. Ancaq biz öz növbəmizdə bütün bu niyyətlərin qarşısını alırıq. Bəzi bölmələrimiz Rusiya Federasiyasının ərazisində mövqelərini davam etdirirlər”, - Nevidomi əlavə edib.

Sözçü hazırda Ukrayna ordusunun Rusiyanın nə qədər ərazisinə nəzarət etdiyimizi dəqiqləşdirməyib: “Mən heç nə deyə bilmərəm, hətta eyham da vura bilmərəm. Bəzi mövqelərə nəzarət bizdədir”.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski yayda bildirmişdi ki, Ukrayna hərbçiləri Kursk vilayətində 90 kvadrat kilometr əraziyə nəzarət edir.

Seçilən
32
teleqraf.com

1Mənbələr