AZ

Qadın baş məşqçi etiraf etdi - “ChatGPT-dən istifadə edirəm”

BAKI, 1 noyabr. TELEQRAF

ABŞ Qadınlararası Peşəkar Futbol Liqasında (NWSL) çıxış edən "OL Reyn" komandasının baş məşqçisi Lora Harvi mövsümlərarası fasilədə taktiki məsləhətlər almaq üçün ChatGPT süni intellektindən (AI) istifadə etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, mütəxəssis bu barədə "Soccerish Podcast"a verdiyi müsahibədə danışıb.

"Mən ChatGPT-dən soruşdum: "NWSL komandalarını məğlub etmək üçün hansı taktikadan istifadə etməliyəm?" Və ChatGPT mənə liqadakı bütün komandaların hansı taktikayla oynayacağını dedi. AI iki komandaya qarşı beş müdafiəçi ilə oynamağımı məsləhət gördü. Mən də elə etdim. Zarafat etmirəm, buna görə də elə etdim. Bunu sınamaq istədim. Mövsümün əvvəli idi, məşqçi heyətimə dedim ki, bunu yoxlamalıyıq. AI-nin verdiyi məsləhətlər bizim işimizə yaradı – biz qələbələr qazandıq”, - deyə Harvi bildirib.

"OL Reyn" 25 matçdan sonra 38 xalla ABŞ qadın liqasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Lora Harvi "OL Reyn"lə üç dəfə NWSL-nin müntəzəm çempionatını (2014, 2015 və 2022) qazanıb, həmçinin üç dəfə ilin ən yaxşı məşqçisi seçilib.

Seçilən
22
teleqraf.com

1Mənbələr