AZ

Özbək qadına Yaponiyanın yeni hökumətində yüksək vəzifə verildi

BAKI, 1 noyabr. TELEQRAF

Yaponiyanın yeni hökumətinin formalaşdırılması çərçivəsində Arfiya Eri yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Arfiya Erinin anası özbək, atası isə uyğurdur. Diplomat Fukuokada doğulub. Yaponiya Liberal Demokrat Partiyasının üzvüdür. Onun tərcümeyi-halı Yaponiya Xarici İşlər Nazirliyinin saytı və ensiklopedik mənbələrdə verilib.

Seçilən
33
teleqraf.com

1Mənbələr