AZ

Kremlə ŞOK məktub: Trampın düşməni Putinə deyib ki...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Venesuela Prezidenti Nikol Maduro ABŞ-ın bu ölkəyə qarşı əməliyyat planları fonunda Rusiya, Çin və İrandan kömək istəyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post”un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Maduro ABŞ qüvvələrinin Karib hövzəsi regionunda cəmləşməsi ilə əlaqədar Rusiya, Çin və İrandan raketlərin, radarların və modernləşdirilmiş təyyarələrin tədarükünü xahiş edib. 

Məlumata görə, Maduro Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. O, Rusiyanın Venezuelanın ABŞ-dan müdafiəsinə dəstək verməsini istəyib. Həmçinin Moskvadan alınan bəzi qırıcıların bərpası üçün kömək istəyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi tapşırığı ilə Venesuelada narkotik kartellərinə qarşı əməliyyatlar keçirilir. Lakin əsas hədəfin Maduro hökumətinin devrilməsi olduğu bildirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr