
G7 ölkələrinin energetika nazirləri Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini pisləyib, Kiyevə bu istiqamətdə lazımi dəstək göstərəcəklərini vəd ediblər.
Bu barədə G7-nin Kanada sədrliyinin rəsmi saytında yayımlanan bəyanatda deyilir.
Qeyd olunur ki, nazirlər həmçinin Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dəstəklərini təsdiqləyiblər.