AZ

Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Zəfərindən Güc Al" devizli minifutbol üzrə Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət yarışmanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1266 yeniyetmə idmançının yer aldığı 123 komanda iştirak edib.

Turnirin birinci turu oktyabrın 24-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova iştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Yasamal rayonunun komandası ilə Sabunçu rayonunun komandası görüşüb. 7:5 hesabı ilə qalib gələn Yasamal rayonunun komandası turnirin qalibi olub.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

Seçilən
29
19
90deqiqe.az

10Mənbələr