AZ

Bölgədə böyük müharibəyə hazırlıq: 16 minlik ordu, nüvə gəmisi, bombardmançı və qırıcılar göndərildi

BAKI, 1 noyabr. TELEQRAF

ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə üçün Venesuela sahillərindəki hərbçilərinin sayını artırır və potensial olaraq 16,000 əsgərə çatır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

Qəzetin yazdığına görə, Amerika qrupu 8 döyüş, 1 nüvə sualtı və xüsusi təyinatlı gəmilərdən ibarətdir. Onlar həmçinin B-52 strateji bombardmançı və F-35 qırıcı təyyarələri də daxil olmaqla, Karib dənizindəki ABŞ hava bazalarından hava müdafiə dəstəyi alırlar. Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” və 5 müşayiət gəmisi artıq Avropadan Venesuela sahillərinə doğru yola düşüb, yaxın günlərdə bölgəyə çatacaq. Qəzetin hesablamalarına görə, 4000 şəxsi heyəti olan bu zərbə qrupu da daxil olmaqla, hərbçilərin ümumi sayı 16 min nəfərə çatır.

Nəşrin fikrincə, ABŞ-nin Karib hövzəsindəki qüvvələrinin kütləvi şəkildə artırılması Donald Tramp administrasiyasının regionda əməliyyatları genişləndirməyə hazırlaşdığını göstərir ki, bu da Vaşinqton və Karakas arasında gərginliyi və ABŞ-nin Venesuelaya zərbə ehtimalını artıracaq.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə effektli mübarizə aparmamaqda ittiham edir. Artıq ABŞ ordusu dənizlərdə Venesueladan narkotik daşıdığını bildirdiyi bir neçə gəmini məhv edib.

Seçilən
49
teleqraf.com

1Mənbələr