AZ

Qazaxıstan Rusiya ilə sərhəd-keçid məntəqələrini yenidən qurur

BAKI, 1 noyabr. TELEQRAF

Qazaxıstan hakimiyyəti Rusiya sərhədində üç sərhəd-keçid məntəqəsini - Sırım, Alimbet və Kosakı yenidən qurur. Bu, sərhədi keçən vətəndaşların gözləmə müddətini artıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Dövlət sərhədində heç bir məhdudlaşdırıcı tədbir tətbiq edilməyib. Bununla belə, Sırım, Alimbət və Koşak keçid məntəqələrində yenidənqurma işləri aparılır ki, bu da sərhədi keçərkən gözləmə müddətini artıra bilər. Bu halları nəzərə almağınızı və səyahət marşrutunuzu əvvəlcədən tənzimləmənizi xahiş edirik”, - məlumatda deyilib.

Bildirilib ki, digər keçid məntəqələri də normal rejimdə işləyir.

Alimbet və Sırım Orenburq, Kosak isə Novosibirsk vilayəti ilə sərhəddə yerləşir.

Seçilən
25
teleqraf.com

1Mənbələr