AZ

Lamin Yamal fərdi proqramla məşqləri bərpa edib

“Barselona”nın futbolçusu Lamin Yamal son bir həftə ərzində fərdi məşq proqramı üzrə çalışır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin məlumatına görə, Yamal uğursuz “El-Klasiko”dan sonra öz ən yaxşı oyun formasına qayıtmaq və azarkeşlərinə yenidən parlaq çıxış göstərmək niyyətindədir. O, bunu noyabrın 2-də “Elçe”yə qarşı keçiriləcək növbəti La Liqa matçında etməyi planlaşdırır.

Xatırladaq ki, 18 yaşlı futbolçu bir müddət əvvəl qasıq nahiyəsindən zədə almışdı. Bildirilir ki, o, 26 oktyabrda “Real Madrid”ə qarşı keçirilən (1:2) La Liqa matçı zamanı diskomfort hiss edib.

 

Seçilən
28
90deqiqe.az

1Mənbələr