AZ

Azərbaycan-Qırğızıstan Fondu Qırğızıstanda su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsini təsdiqləyib

Bakı. Trend:

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstanda kiçiksu elektrik stansiyasının tikintisinin gerçəkləşdirilməsinəvəsaitin ayrılmasını təsdiqləyib.

Trend bu barədəQırğızıstan Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyinəistinadən xəbər verir.

Məlumata görə, bu qərar Bişkekdə Azərbaycanın İqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilənAQİF Şurasının altıncı iclasının yekunlarına əsasən qəbulolunub.

Fond Şurası gücü 5,4 MVt olan kiçik su elektrik stansiyasınıntikintisinin maliyyələşdirilməsini təsdiqləyib. Obyekt Oşvilayətinin Kara-Kulca rayonundakı Kulun çayı üzərində inşaolunacaq.

Layihənin ümumi smeta dəyəri 5,2 milyon ABŞ dolları məbləğindəqiymətləndirilir, İnkişaf Fondu isə bu məbləğin 2,5 milyondollarını təmin edəcək.

SES-in istismara verilməsi regionun enerji təhlükəsizliyinə vəiqtisadi inkişafına mühüm töhfə verəcək. Layihənin həyatakeçirilməsi yeni iş yerlərinin yaradılmasına, Oş vilayətininistehsal potensialının gücləndirilməsinə, həmçinin ölkənin enerjisahəsində idxaldan asılılığının azalmasına imkan yaradacaq.

İclas zamanı iştirakçılar həmçinin Fondun normativ sənədlərinəbir sıra dəyişiklikləri nəzərdən keçirib, cari əməkdaşlıqistiqamətlərini müzakirə edib və əlavə investisiya təşəbbüsləriportfeli ilə tanış olublar.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr