AZ

Babacanyan: “Daşnaksütyun” terrorçudur

BAKI, 1 noyabr. TELEQRAF

Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan məhkəmənin “Daşnaksütyun” Partiyası (terror təşkilatı) ilə bağlı hökmünü yerinə yetirməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, Arman Babacanyan məhkəmədə uduzub. Partiya sədri çıxışlarının birində “Daşnaksütyun”un vaxtilə terror aktları törətdiyini etiraf edib. Babacanyan onu “terrorçu keçmişi ilə tanınan, bu gün isə dövlətə qarşı partizan döyüşləri aparmağa qərar verən qüvvə” adlandırıb. Bu bəyanatdan sonra “Daşnaksütyun” Arman Babacanyana qarşı iddia qaldırıb və təmin olunub. Məhkəmənin hökmünə əsasən, Arman Babacanyan “Daşnaksütyun”dan üzr istəməlidir. Amma o, üç ildən artıqdır qərara əməl etmir.

Seçilən
37
teleqraf.com

1Mənbələr