AZ

İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda "Axar yaddaş" adlı sərgi açılıb (FOTO)

Bakı. Trend:

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly toBaku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalıçərçivəsində Bakının qədim hissəsində – İçərişəhərdə yerləşən XVIIəsrə aid Yeraltı hamamda “Axar yaddaş” adlı kollektiv sərgi açılıb.Bu ekspozisiya hamam mədəniyyətinin müasir interpretasiyasıdır.

Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, eləcə də gəncistedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripoviştirak edirlər.

Trend xəbər verirki, sərginin kuratoru Mansura Məmmədəliyeva bildirib ki,ekspozisiya təkcə ənənələri əks etdirmir, həm də su, yaddaş vətəmizlənmə prizmasından Azərbaycanda hamam mədəniyyəti və tarixininçoxqatlı semantikasını araşdırır.

Səbinə Şıxlinskaya 2006-cı ildə yaratdığı və illər ərzindəmüxtəlif variantlarda təxminən on beş ölkədə uğurla nümayişetdirilən “Hamam” adlı video-instal­yasiyasını təqdim edib.

“Hamam” kompozisiyasında XVI əsr kişi hamamlarının atmosferi vəibadət öncəsi təmizlənmə ritualları bərpa olunur. Əsərdə Xalqartisti, tanınmış bəstəkar Fərəc Qarayevin “Nostaljiya” albomundanmusiqi fraqmentləri səslənir. Bu səslər vizual ardıcıllığa paralelritmik struktur yaradır və tamaşaçını meditativ harmoniya və ritualtəcrübəsi vəziyyətinə daxil edir.

Onun ideyasına görə, insan varlığı günah və saflıq arasında birvəziyyətdədir və hamam bu iki hal arasında keçid məkanına çevrilir.Burada su yalnız bədəni deyil, həm də ruhun yükünüyüngülləşdirir.

Nərgiz Əskərova “Su kimi ol” adlı unikal nano video-art təqdimedib. Bu əsərdə rəssam suyun mədəni və simvolik ölçüləriniaraşdırır. Onun üçün su həm həyatın başlanğıcı, həm də mədənidavamlılığın daşıyıcısıdır; burada təmizlənmə, yenilənmə vəçevrilmə birləşir. Bu kontekstdə hamam xüsusi məna qazanır: buradasu yalnız bədənin fiziki təmizlənməsi vasitəsi deyil, həm dəkollektiv yaddaşın qorunması və şəxsi kimliyin yenidən doğuluşuprosesində rituall element kimi çıxış edir.

Rəssam rəqəmsal texnologiyalar vasitəsilə suyun yaddaş və irsdaşıyıcısı kimi transformativ gücünü vurğulayır.

Aliyə Bayramova və Timur Zaripov “Axarın fövqündə” adlıvideo-art əsərində yaddaşın dövri təmizlənməsi və yenilənməsimövzusunu araşdırırlar. Ekranda su və təbiət kadrları xatirəfraqmentləri kimi montaj edilir. Hər bir kadr bir anlıq peyda olur,indini qeydə alır, sonra tədricən əridilərək yoxa çıxır – bu həmtəmizlənmə, həm də dirçəliş jestidir.

Ekran sanki su ilə dolu bir qabı xatırladır: obrazlar yaranır,yuyulur və çəkilir, arxasında isə az qala nəzərə çarpmayacaq izburaxır. Bu, yenilənmənin silinmə deyil, yaddaşın sakit şəkildəyenidən qurulması olduğunu göstərir.

Videonu müşayiət edən sakit, hekayəsiz səslər təsvirləri izahetmir, sadəcə zamanın axışını, nəfəs və buxara bənzər istilikhissini ötürür. Səs və təsvir birlikdə tamaşaçını xatırlama vəunutma arasındakı incə məkana dəvət edir. Burada təmizlənmə həmburaxılış, həm də ötürmə aktına çevrilir – yuyulmuş xatirələr başqabir axına qarışaraq varlığını davam etdirir.

Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıdaincəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm “Bakıyauçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ duy” (“Fly to Baku. ArtWeekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir.Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub.Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.

İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
Məqalədə:
Seçilən
39
3
az.trend.az

4Mənbələr