"Yeşilçam”ın əfsanəvi aktyoru Engin Çağlar yol qəzası nəticəsində vəfat edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, E.Çağları motosiklet vurub və o, xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 85 yaşlı sənətkar həyatını itirib.
Məlumata görə, Engin Çağlar bir həftə əvvəl “check-up” olunub və onda heç bir sağlamlıq problemi aşkarlanmayıb.
Qeyd olunub ki, aktyor sabah dəfn ediləcək.




