AZ

Bakıda idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimi keçirilib

Bakıda idman dırmanmasının çətinlik növü üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, yarış Bakı İdman Dırmanması Mərkəzində təşkil olunub.

Çempionatda ölkənin müxtəlif bölgələrindən olan qadın və kişi idmançılar iştirak edirlər.

Açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov ölkə başçısı İlham Əliyevin idmanın bütün sahələrinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb:

“Bu, danılmaz faktdır. Artıq Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. İdman dırmanması üzrə ölkə çempionatının təşkilatçılığı nümunəvidir. Belə yarışlar idmanın inkişafı üçün mühüm addımdır. Mənim üçün də bu yarış ilk təcrübədir. Bütün idmançılara uğurlar arzulayıram.”

Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev də çıxış edərək idmanın gənclərin sağlam həyat tərzinə təsirini qeyd edib:

“Çempionatda peşəkar və yüksək səviyyəli idmançılar mübarizə aparır. Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman sahələri ölkəmizdə ildən-ilə inkişaf edir. Yarışın Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi məna daşıyır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”

Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa noyabrın 2-də yekun vurulacaq.

Seçilən
22
3
90deqiqe.az

4Mənbələr