AZ

Dərmanla sağalmayanı kitabla sağaltmaq olar?

İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin ağrıları, gələcək narahatlıqları və həyatın amansız ritmi psixoloji tarazlığı pozur. Belə anlarda bəzi insanlar musiqiyə, bəziləri təbiətə, bəziləri isə kitablara sığınır. Bəs kitablar sadəcə əyləncə və ya məlumat mənbəyi deyil, eyni zamanda bir "şəfa vasitəsi" ola bilərmi? Bu sual bizi ədəbiyyat terapiyası adlı unikal və getdikcə daha çox diqqət qazanan bir sahəyə aparır.

Ədəbiyyat terapiyası nədir?

Ədəbiyyat terapiyası - insanın emosional və psixoloji problemlərini müalicə etmək məqsədilə ədəbiyyatdan istifadə olunan bir terapiya növüdür. Burada məqsəd insanların kitablar vasitəsilə öz hislərini tanıması, anlaması və ifadə etməsidir. Bu terapiya fərdi və ya qrup şəklində aparıla bilər. Peşəkar psixoterapevt və ya biblio-terapevt tərəfindən yönləndirilir.
Kitablar insanın daxili dünyasına pəncərə açır. Onlar yaşanmış və yaşana biləcək hislərin, mübarizələrin, itkilərin, sevinclərin daşıyıcılarıdır. Bir romandakı qəhrəman bəzən bizim yaşadığımız ağrını, qorxunu, həsrəti yaşayır və bu zaman biz tək olmadığımızı anlayırıq. Empatiya qururuq, anlayırıq, qəbul edirik.

Seçilən
14
publika.az

1Mənbələr