AZ

Özbəkistan və Tacikistan əlaqələri genişləndirir

BAKI, 1 noyabr. TELEQRAF

Səmərqənddə Özbəkistan və Tacikistan xarici işlər nazirləri Baxtiyor Saidov və Sirojiddin Muxriddin arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli münasibətləri, siyasi-iqtisadi sahələrdə əməkdaşlığı və humanitar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Baxtiyor Saidov və Sirojiddin Muxriddin qonşu xalqlar arasında dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək istiqamətində səylər göstərməyə qətiyyətlə hazır olduqlarını bildiriblər.

Seçilən
40
teleqraf.com

1Mənbələr