AZ

Pokrovskdan ziddiyyətli xəbərlər yayıldı – Kim düzünü deyir?

Ukrayna bu həftənin əvvəlində Pokrovsk rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi təyinatlı dəstəsini yerləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” iki Ukrayna hərbi mənbəsinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, xüsusi təyinatlıların yerləşdirilməsi Rusiyanın Ukrayna Silahlı Qüvvələrini bölgədə mühasirəyə aldığını elan etdiyi vaxtda baş verib.

Əsas avtomobil və dəmir yolu mərkəzi olan Pokrovsk şəhərinin ələ keçirilməsi Rusiya ordusunun tam işğal etmək istədiyi Donetsk bölgəsinin şərq hissəsinə doğru irəliləyişi üçün zəmin yarada bilər. Rus qoşunları bir ildən çoxdur ki, Pokrovska doğru irəliləyir.

“Reuters” agentliyi Hava Desant Hücum Qoşunlarının 7-ci Çevik Reaksiya Korpusundakı mənbəyə istinadən xəbər verir ki, BKİ xüsusi təyinatlıları bir neçə gün əvvəl əməliyyat çərçivəsində “Black Hawk” helikopteri ilə Pokrovska eniş ediblər. Əməliyyata Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov rəhbərlik edib.

“Reuters”in tanış olduğu videoda ən azı 10 əsgər helikopterdən çölə enir. Agentlik onu da qeyd edib ki, çəkilişlərin yerini və tarixini təsdiq edə bilməyib.

Bu gün Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Krasnoarmeysk (ruslar Pokrovskını belə adlandırırlar – red.) kənarından təxminən 1 km şimal-qərbdə BKİ xüsusi əməliyyat qüvvələrinin helikopterinin enişinin qarşısı alınıb.

“Helikopterdən enən 11 nəfərin hamısı məhv edilib”, – bəyanatda deyilir.

Xatirə SADİQ

Seçilən
29
nocomment.az

1Mənbələr