AZ

Bu il Azərbaycan Saratovdan ən böyük buğda alıcısıdır

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan bu il Rusiyanın Saratov vilayətində ən böyük ərzaq buğdası alıcısıdır.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında "Rosselxoznadzor"un Saratov və Samara vilayətləri üzrə idarəsinin rəhbəri vəzifəsini icra edən Cambul İsmaqulov bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən Saratov vilayəti 440 min tondan çox taxıl məhsulları ixrac edib.

Ən böyük alıcı isə 198 min ton məhsul (əsasən ərzaq buğdası) ilə Azərbaycandır.

İkinci yerdə Türkiyə (noxud və günəbaxan şrotu), üçüncü yerdə isə İran (yem arpası) qərarlaşıb.

İlk beşlikdə, Qazaxıstan (buğda, saflor, arpa) və Türkmənistan (un) da yer alır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
3
cebheinfo.az

5Mənbələr