AZ

İranda varlılar üçün “Halloween turu” Spirtli içkilər, narkotik

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Son günlərdə sosial şəbəkələrdə “İran meşələrində Halloween turu” adı altında bəzi düşərgə turları reklam olunur və bu turlarda iştirak haqqı 8-30 milyon tümən arasında dəyişir.Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, turların təşkilatçıları reklamlarda “məxfi məkan” və “məhdud sayda iştirakçı” kimi ifadələrlə insanlarda maraq və həyəcan yaratmağa çalışır.İştirakçılara VIP çadırlar (yataqlı), tanınmış DJ, açıq havada kino, barmen xidməti və meşədə masaj vəd olunur.Bütün bu tədbirlər rəsmi icazəsiz və dövlət nəzarəti olmadan keçirilir, iştirakçılar isə gedəcəkləri yeri əvvəldən bilmirlər. Turlarda spirtli içkilər və narkotik maddələr açıq şəkildə istifadə olur.Belə görünür ki, əsasən qapalı və varlı dairələr üçün təşkil olunan turlar yeraltı, qeyri-qanuni əyləncə forması kimi yayılmağa başlayıb.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
www.bakupost.az

2Mənbələr