AZ

Ukraynadakı soydaşlarımız Zəfərimizin qürurunu yaşamaqdadır RƏY

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kiyev, 1 noyabr, AZƏRTAC

Zəfərimiz Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət təşkilatının sədri Anar Axundov deyib.

O, bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Vətənimizin müdafiəsi və inkişafı uğrunda Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirirlər.

“Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bütün dünyaya ədalətin bərpa etməyin mümkünlüyünü göstərdi. Ukraynadakı soydaşlarımız da Zəfərimizin qürurunu yaşamaqdadır”, - deyə soydaşımız əlavə edib.

Anar Axundov vurğulayıb ki, dünyada yaşayan soydaşlarımız yeni çağırışlara uyğun olaraq fəaliyyətlərini qururlar. Bu işdə isə Azərbaycan dövlətinin dəstəyi həmişə hiss olunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
azertag.az

2Mənbələr