AZ

Şarmanaşvili: Avropa Gürcüstanı boykot edib

BAKI, 1 noyabr. TELEQRAF

“Avropanı boykot edən biz deyilik, əslində, Avronest Gürcüstanı boykot edib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasından olan deputat Tengiz Şarmanaşvili deyib.

Deputatın sözlərinə görə, Avropa bürokratiyası həqiqətə və ədalətə qarşı boykot həyata keçirir:

“Elə düşünməyin ki, Avropa bürokratiyası hansısa addımları obyektiv qiymətləndirir, onların məqsədi öz “inqilabi proseslər”ini istənilən vəziyyətdə həyata keçirməkdir. Bunu çoxdan bilirik, çünki onların münasibətləri və əhval-ruhiyyəsi bizə məlumdur. Avropanı boykot edən biz deyilik,Avronest Gürcüstanı boykot edib. Ermənistanda keçirilən son iclasdan əvvəl müxalifət partiyalarının liderlərini QHT nümayəndəsi kimi dəvət etmişdilər. Artıq bu, onların niyyətini göstərirdi. Daha sonra isə bu ədalətsiz və qalmaqallı qətnamə qəbul etdilər. Deməli, onlar həqiqət və ədaləti boykot edirlər. Bizim reaksiyamız sadəcə buna cavab oldu”.

Xatırladaq ki, Gürcüstan hökuməti bu gündən etibarən Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməyəcəyini açıqlayıb. Rəsmi Tbilisi Avronestin İrəvanda keçirilən son iclasına da qatılmaqdan imtina etmişdi.

Seçilən
29
teleqraf.com

1Mənbələr