ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Gürcüstanın daimi nümayəndə heyəti Avronest Parlament Assambleyasının növbəti sessiyalarında iştirak etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Papuaşvili bildirib ki, bu qurum gürcü xalqının iradəsinə məhəl qoymur və öz mülahizəsinə uyğun olaraq üzv dövlətin seçkilərini, demokratik təsisatlarını məhdudlaşdırır.
Məlumata görə, Gürcüstan nümayəndələri asambleyanın 28-30 oktyabr tarixlərində İrəvanda keçirilən iclasına qatılmayıblar.
Buna səbəb kimi Avronest Parlament Assambleyasının Gürcüstan hökuməti əleyhinə bir sıra qətnamələr qəbul etməsi göstərilir.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.