AZ

Pokrovskda desant qüvvələrinin məhv edilməsi xəbəri yalandır – Ukrayna KİV

Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) iştirakı ilə stabilləşdirmə tədbirləri davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i hərbi kəşfiyyata istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, ukraynalı desantların məhv edilməsi barədə Rusiya tərəfinin iddiası həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, bu əməliyyat BKİ rəisi Kiril Budanovun rəhbərliyi altında həyata keçirilir.

“Bu məlumat Gerasimovun bir neçə gün əvvəl Putinə Pokrovskın mühasirəyə alınması barədə verdiyi məlumat qədər yalandır”, – mənbə vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi bu gün Rusiya qoşunlarının Pokrovsk bölgəsində “Ukrayna xüsusi əməliyyat qüvvələrinin eniş cəhdinin qarşısını aldığı” və helikopterlə eniş edən 11 şəxsi heyətin hamısının öldürüldüyü barədə bəyanat yayıb.

Xatirə SADİQ

Seçilən
14
nocomment.az

1Mənbələr