AZ

“Mançester Yunayted” Elliott Andersonu transfer etmək istəyir

İngiltərənin nəhəng klubu “Mançester Yunayted” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliott Andersonu heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçunun transferi üçün 2026-cı ilin yanvar ayında danışıqları intensivləşdirməyi planlaşdırır. “Nottingem Forest” Andersonun keçid qiymətini 70 milyon funt sterlinq (təxminən 79,8 milyon avro) dəyərində qiymətləndirir.

Ancaq “Mançester Yunayted” bu transferdə “Mançester Siti”, “Çelsi” və “Nyukasl Yunayted” kimi klublarla rəqabət aparmalı olacaq.

Cari mövsümdə gənc yarımmüdafiəçi bütün turnirlərdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, Andersonun bazar dəyəri 45 milyon avro təşkil edir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr