AZ

Premyer Liqanın X turunda Zirə Karvan Yevlax a qalib gəlib

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Misli Premyer Liqasının X turunda "Zirə" "Karvan-Yevlax"a qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.

Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. "Qartallar"ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.

"Zirə" 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. "Karvan-Yevlax" isə 5 xalla onbirincidir.

Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
5
cebheinfo.az

6Mənbələr