525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansındakı 24 avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
525.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 8,587 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "PAŞA Sığorta" ASC olub. Şirkətə 22 avtonəqliyyat vasitəsinin KASKO sığortalanmasına görə 7,332 min manat ödənilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.