AZ

Səudiyyə Ərəbistanı polisi külli miqdarda narkotik həb müsadirə edib

Qahirə, 1 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə limanında 5 milyon 388 min 998 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

AZƏRTAC “əl-Arabiyyə” qəzetinə istinadla xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən kömür kisələrinin içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükün alıcıları olan üç şəxs həbs edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
16
2
azertag.az

3Mənbələr