AZ

“Zirə” səfərdə “Karvan-Yevlax”ı məğlub etdi

Misli Premyer Liqasının X turunda “Zirə” səfərdə “Karvan-Yevlax” komandasına qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Rəşad Sadıqovun rəhbərlik etdiyi paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıb – İmani Barker (29-cu dəq.) və Kayl Spens (62-ci dəq.) “Karvan-Yevlax”ın qollarına imza atıblar. Lakin “qartallar” sonradan təşəbbüsü ələ alaraq geridönüş etməyi bacarıblar. Brahim Konate (57-ci dəq.), Leroy Mikels (74-cü dəq.) və Ayron Qomis (87-ci dəq.) “Zirə”yə vacib 3 xal qazandırıblar.

Bu nəticədən sonra “Zirə” 19 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Karvan-Yevlax” isə 5 xalla 11-ci yerdədir.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr