AZ

Kriştiano Ronaldonun oğlu Portuqaliya millisində ilk qolunu vurdu

Kriştiano Ronaldonun oğlu Junior Portuqaliya U-16 yığmasında ilk qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, o, Uels yığmasına qarşı keçirilən oyuna əsas heyətdə çıxıb və hesabı açıb. Matç 3:0 hesabı ilə Portuqaliya komandasının xeyrinə başa çatıb.

Bundan əvvəl gənc futbolçu Türkiyə ilə oyunda bir dəqiqə meydanda olub. Həmin qarşılaşmada Portuqaliya 2:0 hesabı ilə qalib gəlib.

Portuqaliya U-16 yığması növbəti görüşünü noyabrın 4-də İngiltərə yığmasına qarşı keçirəcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr