AZ

“Real” azarkeşi “El-Klasiko” zamanı tribunada dünyasını dəyişib

Madrid “Real”ının azarkeşi, israilli İqal Brodkin “Santyaqo Bernabeu” stadionunda keçirilən “El-Klasiko” zamanı dünyasını dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sport.es" məlumat yayıb.

Hadisə ötən turda baş tutan “Real” – “Barselona” (2:1) oyununda qeydə alınıb. Məlumata görə, “Real”ın hücumçusu Kilian Mbappe 52-ci dəqiqədə “Barselona”nın qapıçısı Voyçek Şensnınin qapısına penaltini reallaşdıra bilmədikdən sonra Brodkin özünü pis hiss edib və tribunada huşunu itirib.

Hadisəni görən bir neçə azarkeş dərhal yardım çağırıb və oyunun dayandırılması üçün siqnal verib. “Real”ın qapıçısı Tibo Kurtua da vəziyyəti baş hakimin diqqətinə çatdırsa da, qarşılaşma dayandırılmayıb.

Stadionun tibbi personalı dərhal azarkeşə yardım göstərib və onu La-Pas xəstəxanasına aparıb. Lakin həkimlərin səylərinə baxmayaraq, İqal Brodkini xilas etmək mümkün olmayıb.

Seçilən
39
90deqiqe.az

1Mənbələr