AZ

“Maynu və Zirkzi qışda klubdan gedə bilər”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu və hücumçu Coşua Zirkzi komandadan ayrıla bilər.

90deqiqe.Az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə İngiltərə nəhənginin baş məşqçisi Ruben Amorim hər iki futbolçunun qış transfer pəncərəsində klubdan ayrılmaq istəklərinə hazır olduğunu bildirib.

“Qırmızı şeytanlar” ötən yay Maynunun icarəyə göndərilmək istəyini rədd etmişdi. Lakin gənc futbolçu hələ də əsas heyətdə müntəzəm oynamaq arzusundadır. Eyni zamanda, Zirkzee də oyun vaxtının azlığından narazıdır.

Hər iki oyunçu 2026-cı il dünya çempionatına yollanmaq şanslarını qorumaq üçün daha çox meydanda olmaq istəyir.

Bu mövsüm Maynu bütün turnirlərdə cəmi 228 dəqiqə, Zirkzi isə 90 dəqiqə oynayıb.

Seçilən
37
90deqiqe.az

1Mənbələr