AZ

“Barselona”dan Reşfordla bağlı qərar

“Barselona” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markos Reşfordla bağlı qərarını verib.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ingilis futbolçunun çıxışından məmnundur və onu daimi transfer etməyi planlaşdırır. 

Mənbənin məlumatına görə, 28 yaşlı futbolçunun keçidi onun maaşının azaldılmasına razılıq verməsindən asılı olacaq. Reşford “Mançester Yunayted”də ildə 40 milyon avro qazanır.

“Barselona” bu məbləği ödəməyə hazır deyil. Klubun hesablamalarına görə, Reşfordun hazırkı maaşı ilə müqavilə bağlanarsa, yeni hücumçunun alınması üçün büdcə çatmaya bilər.

Seçilən
52
90deqiqe.az

1Mənbələr