BAKI, 1 noyabr. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstinin HƏMAS hərəkatının İstanbuldakı siyasi bürosunun nümayəndələri ilə Qəzza zolağında atəşkəs rejimini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“Nazir Fidan bu gün İstanbulda HƏMAS siyasi bürosunun üzvləri ilə görüşüb. Qəzzada atəşkəs və regionun humanitar ehtiyacları müzakirə edilib”, - mənbə bildirib.