AZ

MPL: Abubakar "Kəpəz"ə də qol vurdu - YENİLƏNİR

Misli Premyer Liqasında X turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

"Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qonaq edib. Yevlax təmsilçisi oyunun gedişində iki dəfə hesabda önə keçsə də, qonaqlar matçdan qalib ayrılmağı bacarıblar. 

"Neftçi" isə evdə sonuncu pillədə qərarlaşan "Kəpəz"i sınağa çəkəcək. Milli dərəcəli hakim Rəvan Həmzəzadənin iş başında olacağı qarşılaşmanın start fiti saat 17:00-də səsləndiriləcək. 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "İmişli"ni 2:0 yenib. Sabah "Turan Tovuz" "Şamaxı"nı, "Sumqayıt" isə "Araz-Naxçıvan"ı qəbul edəcək. Tura bazar ertəsi keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq. 

Misli Premyer Liqası
X tur
1 noyabr

"Karvan-Yevlax" – "Zirə" 2:3 
Qollar: İmani Barker, 29. Kayl Spens, 62  - Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev, Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu.

Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker. 
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kings, 4. Olavale Doyeni. 
Baş məşqçi: Azər Həşimov. 
Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis. 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 26. Stefan Aka
28. Leroy Mikels, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev. 
Baş məşqçi: Rəşad Sadıqov. 

"Neftçi" – "Kəpəz" 2:0 (1-ci hissə) 
Qollar: Emin Mahmudov, 19-pen. Vensan Abubakar, 23. 

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov, Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. "Palms Sports Arena".

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis. 
Baş məşqçi: Samir Abasov. 
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 38. Cefferson Bentu. 
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomeş. 
Baş məşqçi: Azər Bağırov.

Seçilən
11
11
fanat.az

10Mənbələr