AZ

İstanbulda 41 kilsəsi olan ermənilərə Roma Papasının ehtiramı: 30 dəqiqəlik dua

Baxmayaraq ki, ermənilər dəfələrlə dünyaya bəd üzlərini, xəyanətkar əməllərini, insanlığa yaraşmayan məqsədlərini açıb, aşkar edib, amma sürəkli şəkildə də sevilirlər.

Ən qəddar terror qrupları bu topluma məxsusdur, ən çox bu toplumun nümayəndələri nəinki Avropada, eləcə də yaşadıqları bütün bölgələrdə terror törədiblər, insan qanı töküblər, yaşadıqları ərazilərin əsl sahiblərinə işğəncə və zülmlər ediblər. Onların torpağını ya zorla, ya da başqa üsullarla məqsədli şəkildə ələ keçiriblər. Amma yenə də ermənilər dünyada çox sevilirlər.

Bir sözlə, erməni lobbisinın “baltakəsməz” vəsaitləri və qeyri real təbliğatı erməniləri dünyaya sevdirməyi bacarıb.

Yəqin ki, xatırlayırsınız, dünyanın bir nömrəli dindarı, “Tanrı köməkçisi”ləri də həmişə erməni sevdalısı çıxırlar. Bundan əvvəlki mərhum Papa Fransisk hələ Papa olmamışdan çox əvvəl – Xorxe Mario Berqolyo olan vaxtı ermənilərin xidmətində olub və hələ 1991-ci ildə onların soyqırıma məruz qaldığını elan etdi. Papa olandan sonra isə 2015-cı il aprelin 12-də ürəyi soyumadı dübarə bir də elan etdi ki, ermənilər tüklərin etdiyi soyqırıma qurban gediblər.

Papa, əlavə olaraq, hər zaman Ermənistana səxavət əlini gen-bol açıb və onlara yardımlar, bəxşeyişlər, hədiyyələr ərməğan edib.

Roma Papası XIV Leo seçiləndə düşündük ki, heç olmasa bu Papa din təəssübkeşliyi etməz, Tanrının qullarına eyni gözlə baxar. Amma, deyəsən, burada da yanılmışıq!

Deməli, noyabrın 27-dən 30-a qədər Həvari Endryu bayramında Roma Papası XIV Leo Türkiyəyə səfər edəcək. Papanın səfər zamanı iştirak edəcəyi dua mərasimi Müqəddəs Astvatsatsin Erməni Patriarxal kilsəsində keçiriləcək. Onu Konstantinopol Patriarxı, arxiyepiskop Sahak Maşalyan qəbul edəcək. Papa kilsədə təxminən 30 dəqiqə qalacaq.

Maraqlı olan isə odur ki, Papanın niyə məhz erməni kilsəsində dua edəcəyidir.

Axı, İstanbulda Aya Triyada Yunan Ortodoks kilsəsi, ən qədim bolqar kilsəsi olan Müqəddəs Stiven kilsəsi, Rum-Provaslav kilsəsi olan Triada kilsələri var və Müqəddəs Entoni kilsəsi isə ən böyük Latın Katolik kilsəsidir. Ümumilikdə, İstanbulda müxtəlif xalqlara məxsus xeyli kilsə yerləşdiyi halda Papanın məhz erməni kilsəsinə olan marağı diqqət çəkir.

Hazırda bunu müzakirə edən Türkiyə ictimaiyyətinə təsəlli verməkdən başqa çarəmiz yoxdur. Qardaşlar, belə çox da narahat olmayın, təkcə İstanbulda 41 kilsəsi olan ermənilərə Papanın sevgisi təbiidir.

Halbuki, Ermənistanda tək bir dənə sünnü məscidi mövcud deyil! Üstəlik , 21 kilsəsi olan Ermənistan da İstanbul ermənilərinə həsəd apara bilər.

Adam lap çaş-baş qalır: Türkiyənin göbəyində 41 kilsəsi olan ermənilər hələ də həyasızcasına iddia edirlər ki, türklər onları soyqırıma məruz qoyub.

Əntiqə Rəşid

Seçilən
35
nocomment.az

1Mənbələr